Xəbər lenti

İdman 16:00 16.12.2023

"Fənərbağça"nın sabiq baş məşqçisi xəstəxanalıq oldu

İtaliya klubu "Peskara"nın məşqçisi Zdenek Zeman işemik tutma (mini insult) səbəbindən müalicə olunub.

Qaynarinfo-nun məlumatına görə ölkənin aparıcı xəbər mənbələri Zemanın səhhətinin yaxşılaşdığını bildirib. 
 
Onun müalicə aldığı xəstəxananın kardiologiya şöbəsinin müdiri Stefano Quarraçini təcrübəli məşqçinin sağalma prosesində, lakin siqaret kimi zərərli vərdişdən əl çəkməli olduğunu bildirib.

1999-2000-ci illər mövsümündə Türkiyədə "Fənərbağça"nı da çalışdıran 76 yaşlı çexiyalı məşqçinin bir neçə gün əvvəl məşq zamanı halı pisləşmiş və xəstəxanaya yerləşdirilmişdi.

Klubun verdiyi məlumata görə, Zeman bu səhər məşqdən əvvəl yüngül və keçici işemik tutma keçirib. Hazırda klinikada müalicə olunan Zemanın vəziyyəti stabildir, lakin əlavə tibbi nəzarət tələb olunur.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->