Xəbər lenti

"Fənərbağça" növbəti qələbəsini qazandı
İdman19:09 26.10.2023

"Fənərbağça" növbəti qələbəsini qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin "Fənərbağça” klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, İstanbul təmsilçisi öz meydanında Bolqarıstan "Ludoqorets”indən güclü olub.
Qarşılaşma Türkiyə klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Miha Zayçın dubl etdiyi qarşılaşmada istanbulluların digər qolunu Miçi Batşuayi vurub. Rodriqo Bekau isə avtoqol müəllifi olub.
Bu nəticədən sonra xallarının sayını doqquza çatdıran "Fənərbağça” vahid liderliyini davam etdirir. Qonaqlar üç xalla üçüncüdür.