Xəbər lenti

“Fənərbaxça” "Qalatasaray" - ənənə pozulmadı - VİDEO
İdman05:56 13.05.2013

“Fənərbaxça” "Qalatasaray" - ənənə pozulmadı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Türkiyə superliqasının mühüm oyunlarından biri baş tutub. 

Qol.Az-ın məlumatına görə, əzəli rəqiblər – “Fənərbaxça” ilə “Qalatasaray” “Şükrü Saracoğlu” stadionunda üz-üzə gəliblər.

Çempionatın bitməsinə iki tur qalmış “Qalatasaray” çempion adını təmin etsə də, komandalar arasında bu oyunun prinsipiallığını azaltmırdı.

Gərgin mübarizə şəraitində gedən qarşılaşma "Fənərbaxça"nın 2-1 hesablı qələbəsi ilə başa çatıb. 

Oyunda "Fənərbaxça"nın hər iki qolunu kamerunlu hücumçu Pyer Vebo vurub. "Qalatasaray"ın yeganə qolunu isə Burak Yılmaz 11 metrlik cərimə zərbəsindən vurub. 

Qaynar.info