Xəbər lenti

Fərid Qayıbov Mini-Futbol Federasiyasının fəaliyyəti ilə maraqlanıb
İdman17:58 21.02.2022

Fərid Qayıbov Mini-Futbol Federasiyasının fəaliyyəti ilə maraqlanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 21-də gənclər və idman naziri Fərid Qayıbov Böyükşor bulvarında yerləşən "Azfar Group” mini-futbol meydançaları kompleksində Azərbaycan Mini-Futbol Federasiyasının fəaliyyəti ilə maraqlanıb.
Gənclər və İdman Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə federasiyanın infrastrukturu ilə tanış olan nazir iyunun 4-dən 11-dək keçiriləcək Avropa çempionatında iştirak edəcək milli komandanın heyəti ilə söhbət edib və onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Federasiyanın sədri Azər Hüseynov və sədr müavini Taleh Nəsibov qurumun fəaliyyəti, 2018-ci ildən bu vaxta qədər görülən işlər, təşkil olunan yerli yarışlar və beynəlxalq turnirlərdə qazanılan nəticələr barədə məlumat veriblər.
Səbuhi Həsənov