Xəbər lenti

Fermerlər vergidən azad olacaq - Azərbaycanda!
Ekonomiks12:39 29.10.2013

Fermerlər vergidən azad olacaq - Azərbaycanda!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanuna dəyişikliklər müzakirə olunub.

Qaynar.info
APA-ya istinadən xəbər verir ki, layihə barədə komitə sədri Eldar İbrahimov məlumat verib.

Layihəyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər 2014-cü il yanvarından 1-dən başlayaraq 5 il müddətinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi və fiziki şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar.

Maddənin mövcud variantında bu, “2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə” kimi qeyd olunub.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qaynar.info