Xəbər lenti

Fermerlərə subsidiyanın verilməsi dayandırıldı
Ekonomiks10:19 14.04.2014

Fermerlərə subsidiyanın verilməsi dayandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəbhə bölgəsində fəaliyyət göstərən fermerlərə subsidyaların verilməsi dayandırılıb.

Bu barədə “Qafqazinfo”ya Füzuli rayonunda işləyən fermerlər xəbər verib. Bildiriblər ki, taxılçılığın inkişafı məqsədi ilə son vaxtlara qədər Kənd Təsərüfatı Nazirliyi tərəfindən onlara ildə iki dəfə subsidya verilib. 

Bunun məbləği isə hər hektar torpaq üçün 40 manat olub. Fermerlər bildirir ki, bu məbləğ onlar üçün böyük dəstək olub: “Amma bu ildən heç bir səbəb göstərmədən subsidyaların verilməsi dayandırılıb. Maraqlıdır ki, pay torpaqlara verilən subsidyalar qüvvədədir. Bizə nazirliyin rayondakı nümayəndəliyi bununla bağlı heç bir izah vermir". 


Qaynar.info