Xəbər lenti

Fernandu Santuş özündən çıxdı: "Portuqaliya finala layiqincə gəlib"
İdman18:10 09.07.2016

Fernandu Santuş özündən çıxdı: "Portuqaliya finala layiqincə gəlib"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Portuqaliya - Fransa oyunu öncəsi mətbuat konfransı keçirilib. Konfransa Portuqaliya millisinin kapitanı Pepe və baş məşqçisi Fernandu Santuş daxil olub.

Qaynarinfo.az-ın Fransaya ezam olunmuş əməkdaşı orda deyilən fikirlərin maraqlı hissələrini çatdırır:

Pepe: "Mən almanlarla oyunda Uqo Llorisə fikir vermişdim. Ümumiyyətlə, həmin oyunda fransızlar yaxşı oynamışdı. Antuan Qrizmana qarşı İspaniyada dəfələrlə üz-üzə gəlmişəm. O, hündürboy deyil. Amma onun başqa yaxşı cəhətləri çoxdur. Hava toplarında yaxşıdır. Ancaq biz bir oyunçuya köklənməməliyik. İnanmıram ki, sabahkı oyun Ballon dOru qazanmaq üçün güclü təsir etsin. 11 milyon Portuqaliya xalqı sabah 11 futbolçunu meydanda dəstəkləyəcək. Biz Portuqaliya futbolunun tarixinə düşmək istəyirik. Komandamızın lideri məşqçimizdir. Meydana çıxanda onun dediklərini edəcəyik. Təəssüf ki, Eysebio finalda olmayacaq. Sabah biz bütün Portuqaliya xalqını sevindirmək istəyirik. Sabah çox çətin oyun olacaq. Fransa favorit göstərilir. Bu bizim xeyrimizədir".

Fernandu Santuşu isə bir qadın jurnalistin "Deyirlər ki, Avropa çempionatları tarixində ən maraqsız final olacaq. Bu fikirlərə münasibətinizi bilmək istərdik" sualı Santuşu özündən çıxarıb: "Niyə elə düşünürlər ki, bu, ən yaxşı final deyil. Gərək Britaniya komandaları finalda olaydı? Axı, Portuqaliya bu yerə layiqincə, öz zəhməti ilə gəlib. Fransa öz səviyyəsini Almaniya ilə oyunda göstərdi. Onlar rəqiblərinə hörmət etdilər və qalib gəldilər. Düşünmürəm ki, Fransa eyni oyun planından bizə qarşı da istifadə etsin. Məncə, onlar ilk dəqiqələrdən hücumda başlayacaq və bizi təzyiq altında saxlamağa çalışacaqlar. 2 böyük komanda arasında oyun olacaq. İşimiz oyunda qələbə qazanmağın yolunu tapmağa köklənib.

Qeyd edək ki, sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşü İngiltərədən olan Mark Klattenburq idarə edəcək.

Qaynarinfo.az