Xəbər lenti

Ferqyuson: "Arvadıma görə getdim"
İdman06:53 13.05.2013

Ferqyuson: "Arvadıma görə getdim"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mən postumu arvadıma görə tərk etdim. 

Qaynar.info-nun məlumatına görə, bunu "Mançester Yunayted" klubunun əfsanəvi baş məşqçisi Ser Aleks Ferqyuson deyib. 

71 yaşlı mütəxəssis baş məşqçilik postundan getməsinin səbəblərini açıqlayıb. 

"Mən bu qərarımı arvadımın bacısının ölümünün ildönümündə verdim. Bacısının ölümündən sonra o çox tənha qalmışdı, 47 il ərzində o bizim ailənin rəhbəri idi. Martda mən bu qərarımı oğlanlarıma danışdım. Mən bu barədə qərar verməyə tələsmirdim. Ancaq mənim istefam barədə yayılan xəbərlərin artması məni bu qərarı tezləşdirməyə məcbur etdi" deyə Ferqyuson bildirib. 

Qeyd edək ki, Aleks Ferqyusonun 27 illik rəhbərliyi altında "Mançester Yunayted" 38 fərqli mükafatlara sahib olub. 

Qaynar.info