
Türkiyənin "Qalatasaray” klubunun sabiq futbolçusu, məşqçi Uğur Tütünəkər həbs edilib.
Qaynarinfo.az xəbər verir ki, bu barədə "Sabah” qəzeti məlumat yayıb
Adı FETÖ terror təşkilatına bağlılıqda hallanan veteran futbolçu bu gün İsveçrədən gələrkən Atatürk Hava Limanında saxlanılaraq polis bölməsinə aparılıb.
Onu da bildirək ki, 53 yaşlı Uğur Tütünəkər 7 yaşında ailəsi ilə birgə Almaniyaya köçüb və orda məşhur "Bavariya" klubunda futbolun sirlərinə yiyələnib. O, 1986-1996-cı illərdə "Qalatasaray"da zəngin karyera yaşayıb.
Qeyd edək ki, FETÖ ilə əlaqəsi olan "Qalatasaray"ın digər veteran futbolçuları - Hakan Şükür və Arif Ərdəm haqqında da həbs qərarı verilib.
Qaynarinfo.Az