Xəbər lenti

Fevralda Bakıda qiymətlər 4,4% artıb
Ekonomiks14:55 05.03.2015

Fevralda Bakıda qiymətlər 4,4% artıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

30 növlük ərzaq malları səbətində 28 məhsul bahalanıb  -  qoyun əti (+5,2%), qarabaşaq (+42,2%),  quş içalatı (+7,1%), quş əti  (+3,7%), qənd (+7%), un (+16,4%), düyü (+18,3), süd (+16%), peçenye (+23,8%), xiyar (+25%),  kərə yağı (4,7%), marqarin  (+10%), ağ pendir (+9%), pomidor  (+20%), günəbaxan yağı (+4). 

Təkcə yumurta (-10%) və ət  (-7,7%) ucuzlaşıb.

Yay deflyasiyasından sonra fevralda yenidən bahalanma başlayıb. Şübhəsiz, fevralın yekununa AMB-nin 21 fevralda manatın 33% devalvasiyası qərarı da təsir edib. Martın ilk günləri qiymətlər bahalanır və ərzaq növlərinin də qiymətləri qalxır. Azərbaycanın ərzaq və qida xammalı idxalından asılılığı 60%-dir. (contact.az)

Qaynar.info