Xəbər lenti

Fevralın ilk gününə olan faktiki hava açıqlandı
Ölkə 10:44 01.02.2025

Fevralın ilk gününə olan faktiki hava açıqlandı

Ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

Bu barədə Qaynarinfo-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 1-i saat 10:00-a olan məlumata əsasən, Sumqayıt, Binə, Quba, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Şəmkir, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvanda və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->