Xəbər lenti

Fəxri qara kəmər Putindən alındı
İdman08:25 01.03.2022

Fəxri qara kəmər Putindən alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq Taekvondo Federasiyası Ukraynaya müdaxiləsinə görə Rusiya prezidenti Valdimir Putini fəxri qara kəmərdən məhrum edib.
Qaynarinfo xəbər verir ki, qurumun bəyanatında bu sözlər yer alıb: "Vladimir Putinə 2013-cü ilin noyabrında verilmiş fəxri 9-cu dan qara kəməri ləğv edilsin". BTF Rusiyanın Ukraynaya təcavüzünü və insanların həyatı üçün təhlükə yaratmasını pislədiklərini qeyd edib. Təşkilat bu cür hərəkətlərin taekvondonun "Sülh zəfərdən qiymətlidir” prinsipinə zidd olduğunu, həmçinin "hörmət və tolerantlıq prinsipləri”ni pozduğu bildirilib.
Beynəlxalq Olimpiya Komitəsi ilə həmrəylik əlaməti olaraq dünya taekvondo yarışlarında "Rusiya və Belarusun pankart və himnlərindən” istifadə qadağan ediləcək və bu ölkələrdə keçirilən taekvondo yarışları tanınmayacaq.
Daha əvvəl Putin Beynəlxalq Cüdo Federasiyasının prezident postundan uzaqlaşdırılmışdı.
Səbuhi Həsənov