"Hazırda Ana Vətən Partiyasının sıravi üzvüyəm, heç bir vəzifəm yoxdur".
Bunu Qaynarinfo-ya açıqlamasında Ana Vətən Partiyasının sabiq sədri Fəzail Ağamalı deyib.
O, indiyədək rəhbərlik etdiyi partiyada heç bir vəzifə istəmədiyini bildirib:
"Hərdən gedib-gələcəm. Əgər partiyada vəzifə istəsəydim, elə sədr kimi qalardım. Bizim öz yolumuz var, Azərbaycanın siyasi mühütində öz çığırımızı aça-aça gedəcəyik".
Qeyd edək ki, yanvarın 26-da Ana Vətən Partiyasının qurultayı keçirilib. Qurultayda Fəzail Ağamalının qızı, deputat Günay Ağamalı sədr seçilib.
Bahar Rüstəmli
Şərhlər