Xəbər lenti

İdman 10:21 10.01.2023

FFF prezidenti Zidanla bağlı açıqlamasına görə üzr istədi

Fransa Futbol Federasiyasının prezidenti Nöl Le Qratin Zinəddin Zidanla bağlı verdiyi açıqlamalara görə üzr istəyib.

Qaynarinfo-nun məlumatına görə, Qratin açıqlamasında "Onun futbolçuluğu və məşqçiliyi ilə bağlı düşüncələrimi əks etdirməyən bu sözlərə görə üzr istəyirəm. Etiraf edirəm ki, mən anlaşılmazlığa səbəb olan bəzi sözlər dedim" - ifadələrini işlədib. O, Fransanın "RMC Sport" kanalına fikirlərini bölüşərkən Zidanla bağlı açıqlamalarının onun öz fikirlərini əks etdirmədiyini bildirib.

Fransa İdman Nazirliyi, İspaniya "Real"ı və fransalı hücumçu Kilian Mbappe, o cümlədən bir çox futbolçu Le Qratini Zidanla bağlı açıqlamasına görə tənqid etmişdi. FFF prezidenti açıqlamasında "Zidan Braziliyaya getsə, təəccüblənərdim. Mənə maraqlı deyil. Hara istəyirsə, ora da getsin. İstədiyi yerə, kluba gedə bilər. Mənimlə əlaqə saxlamağa çalışmadı. Zəng etsə belə telefona cavab verməzdim. Biz onunla heç vaxt görüşməmişik və Didye Deşamla yolları ayırmağı düşünməmişik. Deşamın gedəcəyini gözləyənlər var idi, amma onu kim ciddi tənqid edə bilər? Heç kim bunu edə bilməz” - sözlərini söyləyib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->