Fövqəladə Hallar Nazirliyi (FHN) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qusar rayon şöbəsinin inzibati binasında yanğın təhlükəsizliyi ilə bağlı yoxlama aparıb.
Qaynarinfo-nun məlumatına görə, FHN binada Yanğın Təhlükəsizliyi Qaydalarının müəyyən bəndlərinin (6.5, 2. 4.5, 9.1, 2.1, 1.4, 8.3, 4.11) pozulması hallarını aşkarlayıb.
İnzibati xəta haqqında protokolda qeyd edilib ki, bu fakt 13 iyul 2022-ci il tarixli, 326 saylı tələbnamə və yanğın-texniki müayinə aktı ilə təsdiq olunub.
DSMF-nun Qusar rayon qəbul şöbəsinin müdirinin 350 manat cərimələnməsi üçün iş məhkəməyə göndərilib.
Məhkəmə FHN-nin şöbə müdirinin adına yazdığı cəriməni əsassız sayaraq, ləğv edib və işə yenidən baxılması üçün qurumun Şimal Nəzarəti İdarəsinə göndərib.
Qeyd edək ki, sözügedən inzibati binada Qusar rayon qəbul şöbəsinə heç bir aidiyyəti və tabeçiliyi olmayan başqa struktur bölmələr (Sosial Xidmət Agentliyi, Məşğulluq şöbəsi) də yerləşir.
Əhməd