Xəbər lenti

FHN-nin Akademiyası 158 min manatı hara xərcləyəcək? (YENİLƏNİB)
Ekonomiks08:38 15.03.2022

FHN-nin Akademiyası 158 min manatı hara xərcləyəcək? (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyinin Akademiyası "Profgigiyena” MMC ilə satınalma müqaviləsi imzalayıb. 
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 157 940 AZN olan müqavilədə dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarında göstərilir ki, "Profgigiyena” MMC 18 yanvar 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 122a, mənzil 22-də yerləşir. MMC-nin qanuni təmsiçisi Əsgərova Səbinə Sabir qızıdır.
Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur.
Bu satınalma müqaviləsinin maraqlı tərəfi FHN-nin akademiyasında deratizasiya işlərinin aparılmasıdır. Məsələ burasındadır ki, deratizasiya insanlara epidemioloji və iqtisadi ziyan verən gəmiricilərə qarşı aparılan mübarizə tədbiridir. Tenderin şərtlərindən bəlli olur ki, akademiyada deratizasiya siçovullar və ilanlarla bağlıdır. Sən demə, FHN-nin akademiyası il ərzində 5 dəfə ilanlara qarşı mübarizə aparır. Qurum şirkətdən ilanlar üçün 20 ədəd tələ də alır. FHN-nin akademiyasında ilnaların yuva salması həqiqətən də maraqlıdır.
***
FHN-nin Akademiyasının Tender Komissiyasından Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, satınalma müqaviləsində 15 xidmət nəzərdə tutulur:
"Bildirmək istəyirik ki, satınalma müqaviləsinin maliyyə dəyərini ifadə edən məbləğ yalnız deratizasiya, daha dəqiq desək ilanlara qarşı mübarizə üçün deyil. 
Akademiyada detarizasiya işlərinə gəlincə,  təhsil ocağının ümumi ərazisi 17 hektardır. Təkcə tikili sahəsi isə 100 000 kvadrat metrdir. Burada 6 yataqxana yerləşir. Digər tərəfdən, akademiyanın yaxınlığında inşaat işləri aparılır. Bu səbəbdən həmin ərazidə olan gəmiricilərin akademiyanın ərazisinə keçməsi ehtimalı böyükdür. Bundan əlavə akademiyanın özünün 12-13 anbarı var. 
Detarizasiya işlərinə il ərzində toplam olaraq 18 000 AZN sərf edilir. Dezinfeksiya işləri isə daha çox malyyə tələb edir. Xüsusilə, COVİD-19 infeksiyasına qarşı cıddı mübarizə aparılır.  
Onu da qeyd edək ki, pandemiya aradan qalxacağı təqdirdə artıq dezinfeksiya işlərinə ehtiyac olmayacaq və və təbii olaraq ona ayrılan vəsait büdcəyə qaytarılacaq”.
Seyid