Xəbər lenti

FHN-nin işçiləri qurumu məhkəməyə verdi
Ölkə10:11 24.09.2022

FHN-nin işçiləri qurumu məhkəməyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyi məhkəməyə verilib. 
Qaynarinfo xəbər verir ki, iş Bakı İnzibati Məhkəməsinin hakimi Rüstəm Kərimlinin icraatındadır.  
Nazirlik barəsində iddia qaldıranlar isə Həsənov Eltac Azər oğlu və Həsənli Hasib Nəsir oğlu adlı vətəndaşlardır. Məlumata görə, iddiaçılar FHN-nin işçiləri olub. Bir müddət əvvəl işdən çıxarılıblar. Lakin onlar işdən çıxarılmalarını qanunsuz hesab etdiyindən məhkəməyə müraciət ediblər. Hər iki iddiaçı işə bərpa olunmalarını tələb edirlər. 
FHN 2006-cı ildə yaradılıb. Həmin ildən Kəmaləddin Heydərov quruma rəhbərlik edir. 
Seyid