Xəbər lenti

FHN yenə
Ekonomiks 18:56 29.12.2024

FHN yenə "Qafqaznet"ə tender verdi - Bu dəfə 82 min manat...

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti "Qafqaznet" şirkətindən 821 988 manatlıq proqram təminatı alacaq. 

Qaynarinfo xəbər verir ki, şirkət Xidmətin bununla bağlı keçirdiyi satınalma müsabiqəsinin qalibi seçilib. 

"Qafqaznet" şirkəti İKT sahəsində fəaliyyət göstərir və dövlət satınalmalarında fəal iştirak edir. Şirkət 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. 

"Qafqaznet"in hüquqi ünvanı Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllə, "Çinar Park" Biznes Mərkəzi, 4-cü mərtəbədə yerləşir. Şirkətin qanuni təmsilçisi isə Əhmədov Xəyal Əkbər oğludur. 

"Qafqaznet"in sifarişçiləri adətən FHN və yaxud da sözügedən nazirliyə tabeli qurumlar olur. Bu da təsadüfi deyil. Şirkətin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olması barədə iddialar var. Bu iddialara nazirin biznesi haqqında araşdırma materiallarında da rast gəlinir. İllərdir ki, şirkətin nazirə məxsus olduğu yazılsa da, qarşı tərəf bunu təkzib etmir. Bu da iddiaların əsassız olmadığı qənaətini yaradır. 

Onu da qeyd edək ki, şirkət 2023-2024-cü illərdə FHN-nin Maddi Texniki-Təchizat İdarəsinin keçirdiyi 14 tenderin qalibi olub. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 10 milyon manata yaxındır. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->