Xəbər lenti

Fidan:
Siyasət 15:45 08.11.2025

Fidan: "Qarabağ Azərbaycandır!" həqiqəti xalqların yaddaşında əbədi yaşayacaq

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

Qaynarinfo xəbər verir ki, bu barədə nazir "X" sosial media hesabında paylaşım edib.

"Qardaş Azərbaycanın 8 Noyabr - Zəfər Gününü ən səmimi duyğularımla təbrik edirəm. Qarabağlıların öz torpaqlarına qovuşmasını təmin edən o tarixi mübarizənin qəhrəmanlarını dərin ehtiramla yad edir, Vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizə rəhmət, qazilərimizi isə minnətdarlıqla anıram", - paylaşımda qeyd olunub.

H.Fidan "Qarabağ Azərbaycandır!" həqiqətinin xalqların yaddaşında və bölgənin gələcəyində əbədi yaşayacağına inamını ifadə edib:

"Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə Bakıda olmaqdan, qardaşlığımızı bir daha dərindən hiss etməkdən və Azərbaycan xalqının qüruruna şərik olmaqdan böyük şərəf duyuruq".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->