Xəbər lenti

FİFA 2022-ci ilin ən yaxşı futbolçusunu seçdi
İdman05:44 28.02.2023

FİFA 2022-ci ilin ən yaxşı futbolçusunu seçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası hazırkı dünya çempionu Lionel Messini 2022-ci ilin ən yaxşı oyunçusu elan edib.
Bu barədə Qaynarinfo fevralın 27-də Parisdə keçirilən "The Best FİFA Football Awards” mükafatlandırma mərasimininvə FİFA-nın rəsmi saytına istinadən xəbər verir.
Aqrentina yığmasının və Fransa PSJ-nin hücumçusu səsvermədə fransalı Kərim Benzema və Kilian Mbappeni qabaqlayıb.
Qeyd edək ki, 2022-ci ildə Messi Aqgentina millisi ilə birlikdə Qətərdə keçirilən Dünya Çempionatının qalibi olub. Bundan əlavə, Leo PSJ ilə Liqa 1-in qalibi olub, həmçinin 25 qol vurub, 29 məhsuldar ötürmə edib.
Digər nominasiyalar üzrə qaliblər aşağıdakılardır:
Ən yaxşı FİFA qadın futbolçusu: Aleksia Putelyas (İspaniya/FC Barcelona Femení)
Ən yaxşı FİFA qadın qapıçısı: Meri Earps (İngiltərə/Mançester Yunayted WFC)
Ən yaxşı FİFA kişi qapıçısı: Emiliano Martínez (Argentina/Aston Villa FC)
Ən yaxşı FİFA qadın məşqçisi: Sarina Viqman (İngiltərə qadınlardan ibarət milli komandası)
Ən yaxşı FİFA kişi məşqçisi: Lionel Skaloni (Argentina kişilərdən ibarət milli komandası)
FİFA Puşkas Mükafatı: Marçin Oleksi (Polşa/Warta Poznań)
FİFA Fair-Play Mükafatı: Luka Loçoşvili (Gürcüstan/Volfsberger AC/ABŞ Cremonese)
FIFA Fanat mükafatı: Argentina azarkeşləri
Xatırladaq ki, səsvermədə futbol azarkeşləri, seçilmiş media nümayəndələri, bütün milli komandaların kapitanları və baş məşqçiləri iştirak edir.
Nizami Bağırov