
FIFA 2022-ci il Dünya Kubokunun keçiriləcəyi vaxtı açıqlayıb.
Anspress-in məlumatına görə, futbol çempionatı noyabr-dekabr aylarında baş tutacaq. Bununlada dünya futbol tarixində bir ilkə imza atılacaq.
FİFA-nın rəsmi saytından bildirilib ki, 2018-2024-ci illərdəki beynəlxalq matç təqvimini müəyyən edən işçi qrupunun Dohada təşkil edilən son konfransında yekun qərar verilib. Qətərdə keçiriləcək 2022-ci il Dünya Kubokunun vaxtı 6 aylıq müşavirədən sonra müəyyən edilib.
Qətərdə iyun-iyul aylarında çempionatın keçirilməsinin insan səhhəti üçün təhlükəli olduğu qənaətinə gəlinib və məhz bu səbəbdən belə bir qərar verilib.
6 futbol Konfederasiyası tərəfindən dəstəklənən təklif 19-20 mart tarixlərində İsveçrənin Zürix şəhərində keçiriləcək FIFA İdarə heyəti konfransında da müzakirə olunacaq.
Qaynar.info