Xəbər lenti

FIFA 3 illik qazancını açıqladı
İdman05:55 15.02.2023

FIFA 3 illik qazancını açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
FIFA 2019-cu ildən 2022-ci ilədək olan dövr ərzində rekord məbləğdə gəlir əldə edib.
Qaynarinfo-nun məlumatına görə, ali futbol qurumu 2022-ci il üçün hesabatını açıqlayıb. Hesabata əsasən, qurumun 3 illik qazancı 7,6 milyard ABŞ dolları olub. 
FIFA prezidenti Canni İnfantino bildirib ki, bu, güclü maliyyə şəffaflığının nəticəsi və futbolu həqiqətən qloballaşdırmaq üçün səy göstərmələrinin sübutudur.
Hesabatda 2023-2026-cı illərdə FIFA-nın gəlirinin 11 milyard dollar olacağı proqnozlaşdırılıb.
Səbuhi Həsənov