
FİFA 9 futbolçuya Kosovo millisində oynamaq icazəsi verib.
Qaynarinfo.Az xəbər verir ki, 2008-ci ildə müstəqilliyini bəyan etmiş Kosovo hələ də çox ölkələr tərəfindən tanınmır. Buna baxmayaraq, UEFA mayın 3-də Budapeştdə keçirilən konqresində Kosovonu üzvlüyünə qəbul etdi.
Bu üzdən Kosovo millisinə dünya çempionatının seçmə mərhələsində iştirak etmək hüququ verildi. Məhz bu gün bu ölkənin millisi ilk dəfə səfərdə Finlandiya yığmasına qarşı rəsmi matça çıxacaq.
Qeyd edək ki, Türkiyə, ABŞ, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya və Çin kimi dövlətlər Kosovonun müstəqilliyini tanısa da, Azərbaycan, eləcə də qonşumuz Rusiya bu dövlətin müstəqilliyini qəbul etmir və faktiki olaraq bu əraziləri Serbiyanın bir hissəsi sayır.
Qaynarinfo.Az