Xəbər lenti

FİFA Azərbaycan millisinin afrikalılarla oyununa Anqoladan hakim təyin etdi
İdman10:00 12.09.2016

FİFA Azərbaycan millisinin afrikalılarla oyununa Anqoladan hakim təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futzal üzrə Azərbaycan yığmasının dünya çempionatındakı ilk oyununu idarə edəcək hakimlər müəyyənləşib. 

Qaynarinfo.Az FİFA-nın rəsmi saytına istinadən məlumat verir ki, Mərakeşlə qarşılaşma anqolalı referiyə həvalə edilib.

Belə ki, Kolumbiyadakı mundial çərçivəsində bu gecə baş tutacaq matçı Anqoladan Joze Katemo idarə edəcək. Xobbisi mütaliə olan və 2009-cu ildən beynəlxalq dərəcəli referi olan Katemoya portuqaliyalı Eduardu Fernandeş ikinci, türkiyəli Kamil Çətin üçüncü hakim kimi kömək edəcək. Vaxta nəzarət edən isə Boliviyadan Enri Umberto Qutyerres Qastanye olacaq.

Qeyd edək ki, Azərbaycan – Mərakeş görüşü bu gecə Bakı vaxtı ilə saat 03:00-da başlayacaq. 2 saat sonra isə F qrupunun digər görüşündə İran - İspaniya matçı reallaşacaq.

Qaynarinfo.Az