
FIFA-nın Oyunçuların Statusu Komitəsi AFFA-nın Rusiya vətəndaşlığı olan Azərbaycan əsilli futbolçular Emin Mahmudov və Ramil Şeydayevlə bağlı müraciəti ilə əlaqədar qərar qəbul edib.
Qaynarinfo.Az xəbər verir ki, FIFA-nın qərarına əsasən AFFA-nın bu futbolçuların assosiasiya dəyişdirməsi ilə bağlı xahişi təmin olunub. Bu qərar tərəflərə göndərilən tarixdən etibarən hər 2 futbolçuya Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilib. FIFA bu barədə UEFA və Rusiya Futbol İttifaqını da məlumatlandırıb.
Qeyd edək ki, Ramil Şeydayev yaxınlarda Türkiyənin "Trabzonspor", Emin Mahmudov isə Portuqaliyanın "Boavişta" klublarına keçib.
Qaynarinfo.Az