FİFA bir neçə futbol federasiyasının quruma üzvlüyünü dayandırıb.
Qaynarinfo xəbər verir ki, söhbət Pakistan, Zimbabve və Keniyadan gedir. Bu qərar ali futbol qurumunun Qətərin paytaxtı Dohada keçirilən Konqresində qəbul olunub.
Daha əvvəl Rusiyanın da üzvlükdən kənarlaşdırması məsələsinin müzakirəsi gözlənilirdisə bu baş verməyib.
FIFA və UEFA fevralda Rusiya klublarını və yığmalarını işğal məqsədilə Ukraynaya hərbi müdaxilə səbəbindən beynəlxalq yarışlardan müvəqqəti uzaqlaşdırıb. Rusiya Futbol İttifaqı (RFS) qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verib.
Səbuhi Həsənov