
FİFA prezidenti postuna seçkilər təxirə salına bilər.
Qaynar.info xəbər verir ki, fevralın 26-da baş tutacaq seçkilərin təxirə salınması xahişi ilə prezidentliyə namizədlərdən olan İordaniya şahzadəsi Əli ibn əl-Hüseyn FİFA-ya müraciət edib. O, səsvermənin keçiriləcəyi kabinələrdə şəffaflığın olmayacağından və əksəriyyətin əsas namizəd kimi göstərdiyi UEFA-nın baş katibi Canni İnfantinoya səs verəcəyindən narahatdır.
Lakin FİFA-da bu tələb rədd edilib. FİFA yalnız kabinələrdə səsvermə zamanı 209 assosiasiya nümayəndəsinin mobil telefonlardan istifadəsinə qadağa qoyub. Bununla barışmayan əl-Hüseyn isə İdman Arbitraj Məhkəməsinə (KAS) müraciət edib.
KAS artıq İordaniya şahzadəsinin bu müraciətinin qeydə alındığı və FİFA-ya fevralın 25-i səhərədək bu məsələ ilə bağlı lazımi sənədləri təqdim etməyi tapşırdığını açıqlayıb.
Qeyd edək ki, FİFA-da seçkilər fevralın 26-da keçirilməlidir. AFFA-nın namizədi Canni İnfantinodur. Qeyd olunan 2 nəfərdən başqa, digər namizədlər FİFA baş katibinin müavini Jerom Şampan, CAR-dan olan məşhur biznesmen Tokio Seksveyl və Asiya Futbol Konfederasiyası prezidenti Şeyx Salman ibn İbrahim əl-Xəlifədir.
Qaynar.info