Xəbər lenti

FİFA-dan yarımçıq dayandırılan matçla bağlı bəyanat
İdman14:04 06.09.2021

FİFA-dan yarımçıq dayandırılan matçla bağlı bəyanat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
FİFA DÇ-2022-nin seçmə mərhələsində yarımçıq dayandırılan Braziliya - Argentina matçı ilə bağlı bəyanat yayıb.
Qaynarinfo xəbər verir ki, qurum rəsmi saytı vasitəsiıə baş. verənlərin araşdırılacağını bildirib: 
"DÇ-2022-də seçmə mərhələnin Braziliya-Argentina matçının dayandırılmasından təəssüflənirik. Bu hal milyonlarla azarkeşin dünyanın ən önəmli iki futbol ölkəsinin oyunundan zövq almasına mane oldu. İlk rəsmi hesabatlar FİFA-ya göndərildi. Bu məlumatlar intizam komitəsinin səlahiyyətli şəxsləri tərəfindən təhlil ediləcək və bundan sonra qərar veriləcək".
"Arena Corintians"da keçirilən Braziliya - Argentina matçının ilk dəqiqələrində Braziliyanın Milli Sağlamlıq Nəzarət Təşkilatı İngiltərə klublarından gələn 4 futbolçunu -  Emiliano Martines, Emiliano Buendia, Lo Çelso və Kristian Romeronu deportasiya etmək istəyiblər. Buna səbəb onların karantin qaydalarını pozması göstərilib.
Qaydalara görə, İngiltərədən gələn futbolçular 14 gün karantində qalmalıdır. 
Səbuhi Həsənov