Xəbər lenti

FİFA DÇ-2026-nın formatını açıqladı
İdman11:53 14.03.2023

FİFA DÇ-2026-nın formatını açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
FİFA DÇ-2026-nın formatını müəyənləşdirib. 
Qaynarinfo xəbər verir ki, turnirə ABŞ, Meksika və Kanada birgə ev sahibliyi edəcək. Oyunlar ümumilikdə 16 fərqli şəhərdə oynanılacaq.
Formata gəlincə DÇ-2026-da 48 komanda iştirak edəcək. Onlar 4 komandadan ibarət 12 qrupda mübarizə aparacaq. Hər qrupun ilk 2 komandası və üçüncü yeri tutmuş ən yaxşı 8 kollektiv pley-off-a vəsiqə qazanacaq. 39 gün davam edəcək turnirdə ümumilikdə 104 qarşılaşma baş tutacaq.
Amerika qitəsində keçiriləcək mundialın final matçının 2026-cı il iyulun 19-da oynanılması planlaşdırılır.
Dünya çempionatında iştirak sayı 32-dən 48-ə yüksəlsə də; Avropa qitəsindən turnirə gedən iştirakçıların sayı dəyişməyib. Əvvəlki turnirlərdə olduğu kimi, Avropadan final mərhələsinə 16 komanda yollanacaq.
Səbuhi Həsənov