48FIFA son dünya çempionatında radikal qərar qəbul edib.
Qaynarinfo-nun məlumatına görə, oyunda itirilən vaxtını qaytarmağı qarşısına məqsəd qoyan qurum hakimlərə bütün fasilələri tam nəzərə almağı tapşırmışdı. FIFA matçlarda itirilmiş vaxtı "futbol üçün bəla" kimi qələmə verib. "Marca"nın xəbərinə görə, qurum IFAB-ın həftəsonu keçiriləcək iclasında itirilmiş vaxtı bərpa etmək üçün təkliflərə nəzər salacaq.
İddiaya görə, iyun ayından etibarən FIFA qol sevincləri zamanı itirlən zamanı da əsas vaxta əlavə edəcək.
Bu da o anlama gəlir ki, dünya çempionatında ilk cəhdini edən FIFA-nın qərarından sonra 90 dəqiqəyə orta hesabla daha 4-5 dəqiqə vaxt əlavə olunacaq.
Səbuhi Həsənov