İdman 14:47 03.05.2022

FIFA lazerə görə futbol federasiyasını cərimələdi

FİFA evdə Misiri penaltilər seriyasında 3-1 hesabı ilə məğlub edən Seneqalın dünya çempionatına vəsiqə qazandığı matçla bağlı qərarını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, dünyanın ali futbol qurumu Seneqalın DÇ-2022-nin Afrikada keçirilən seçmə mərhələsinin pley-off matçında baş verən hadisələrə görə bir oyunu tamaşaçısız keçirməsi və cərimələnməsi barədə qərar qəbul edib. Bununla yanaşı, misirli futbolçulara qarşı irqçi pankartları və tribuna insidentlərini araşdıran FİFA, Seneqal Futbol Federasiyasını 180 min dollar cərimələyib.

FİFA həmçinin yanvar ayından etibarən keçirilən seçmə mərhələ matçlarına görə Nigeriya, Konqo və Livana bir oyun meydançasını azarkeşlərin üzünə bağlamaqla bağlı qərar çıxarıb və müxtəlif cərimələr tətbiq edib.

Səbuhi Həsənov