Xəbər lenti

FİFA-nın keçmiş rəhbəri barəsində yeni araşdırma başlandı
İdman15:48 13.06.2020

FİFA-nın keçmiş rəhbəri barəsində yeni araşdırma başlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsveçrə Prokurorluğu Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Yozef Blatter barəsində yeni araşdırmaya başlayıb.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, Blatter təşkilatın fondundan 1 milyon avronu xərcləməkdə şübhəli bilinir. Agentliyin məlumatına görə, o, 2010-cu ilin aprelində FİFA adından Trinidad və Tobaqonun Futbol Assosiasiyasının kreditini ödəyib. Qeyd edilir ki, faizsiz borc sonra silinib.
Həmçinin bildirilir ki, işdə FİFA-nın o zamankı daha iki məmurunun – baş katib Jerom Valkenin və maliyyə direktoru Markus Kattnerin adları var.