Xəbər lenti

FİFA Nuru Əliyevin klubunu yenə cəzalandırdı
İdman09:54 14.09.2016

FİFA Nuru Əliyevin klubunu yenə cəzalandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

FIFA 22.08.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin “Rəvan” klubu haqqında qərar qəbul etdiyini bildirib. 

Qaynarinfo.Az xəbər verir ki, qərarda “Rəvan” klubu ilə həmin klubda çıxış etmiş serb futbolçu Miloş Adamoviç arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etmədiyi səbəbindən klubun cari mövsüm aktivindən 3 xal silinməsi göstərilib.

Bu üzdən AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasında I dəstədə çıxış edən "Rəvan"ın 3 xalının silinməsinə dair qərar verib. Maraqlıdır ki, "Rəvan" ötən həftə start götürən aşağı dəstənin ilk turunda Bakıda "Turan Tovuz"a 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, "Rəvan" yanvarda da braziliyalı Julio Sezara 79 min dollar borcuna görə cəzalandırılmışdı. Üstəlik, estoniyalı qapıçı Artur Kotenkonun da "Rəvan"dan şikayəti əsasında "Rəvan"ın Premyer Liqada hesabından 6 xal silinmişdi.

Qaynarinfo.Az