Xəbər lenti

FİFA prezidenti Ukrayna Futbol Assosasiyasına məktub göndərdi
İdman07:01 05.03.2022

FİFA prezidenti Ukrayna Futbol Assosasiyasına məktub göndərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
FİFA prezidenti Canni İnfantino Ukrayna Futbol Assosiasiyasının rəhbəri Andriy Pavelkoya məktub göndərib.
Qaynarinfo xəbər verir ki, İnfantino Rusiyanın hücumu nəticəsində ölən ukraynalı futbolçular Vitali Sapilo və Dmitri Martınenkoya görə onların klublarına və ailələrinə başsağlığı verib: "Hörmətli prezident, futbolçular Vitali Sapilo və Dmitri Martınenkonun faciəvi ölümü ilə əlaqədar ən səmimi və ürəkdən başsağlığımı bildirmək istəyirəm. Bu itkilərlə bağlı kədərimizi ifadə etməyə sözlər çatmaz. "Karpatı” (Lvov) FK-nın oyunçusu Vitali Sapilo, "Qostomel” FK-nın oyunçusu Dmitri Martınenko unudulmayacaq, hamımız onlar üçün çox darıxacağıq. Beynəlxalq futbol ictimaiyyəti adından Ukrayna Futbol Assosiasiyasına, "Karpatı” (Lvov), "Qostomel” klubuna və Vitali Sapilo və Dmitri Martınenkonun ailələrinə, onların tərəfdaşlarına, dostlarına və qohumlarına dərin hüznlə başsağlığı verirəm. Fikirlərimiz hamınızladır. Ümid edirik ki, bizim ruhlandırıcı sözlərimiz bu anda belə  müəyyən dərəcədə sülh və əmin-amanlıq gətirə bilər. Hörmətlə, Canni İnfantino."
Səbuhi Həsənov