Xəbər lenti

FİFA prezidentindən "Qarabağ"a təbrik
İdman11:29 10.05.2016

FİFA prezidentindən "Qarabağ"a təbrik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

FIFA-nın prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasının qalibini təbrik edib.

Qaynarinfo.az xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla FIFA-nın prezidenti dünya futbol ailəsi adından "Qarabağ" (Ağdam) klubunu Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması və gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.

Qeyd edək ki, "Qarabağ" sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Qaynarinfo.az