Xəbər lenti

FİFA Rusiya baş nazirinin müavini ilə bağlı təhqiqata başlayıb
İdman13:07 18.12.2016

FİFA Rusiya baş nazirinin müavini ilə bağlı təhqiqata başlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
FİFA-nın Etika üzrə komitəsinin İstintaq Palatası Rusiya baş nazirinin müavini və  Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko ilə bağlı ilkin təhqiqata başlayıb. 
APA-nın "Daily Mail" nəşrinə istinadən verdiyi məlumata görə, FİFA V. Mutkonun rusiyalı idmançıların, xüsusən futbolçuların dopinqdən  istifadəsi hallarının gizlədilməsində rolunu araşdırır.  
Əgər V. Mutkonun idmançıların dopinqdən istifadəsi hallarını gizlətməsinə  dair sübutlar tapılarsa, o, futbola bağlı istənilən fəaliyyətdən uzaqlaşdırılacaq. Eyni zamanda 2018-ci ildə Rusiyada keçirilməsi nəzərdə tutulan futbol üzrə dünya çempionatının başqa ölkədə keçirilməsi gündəmə gələ bilər. 
Qaynarinfo.Az