Xəbər lenti

FIFA və UEFA-dan "Qarabağ"a başsağlığı
İdman06:43 11.05.2023

FIFA və UEFA-dan "Qarabağ"a başsağlığı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və "Qarabağ” klubunun əvəzedici komandasının üzvü Şirxan Həsənzadənin vaxtsız vəfatı ilə əlaqədar FIFA və UEFA tərəfindən AFFA-ya başsağlığı məktubu ünvanlanıb.
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, müvafiq olaraq, FIFA-nın prezidenti Gianni İnfantino və UEFA-nın baş katibi Teodor Teodoridisin imzaladığı məktublarda futbolçunun ailəsinə, AFFA-ya, "Qarabağ"a, millidə və klubda onunla birgə çıxış etmiş komanda yoldaşlarına FIFA və UEFA adından başsağlığı verilib.

Səbuhi Həsənov