
FIFA aprelin 11-də AFFA-ya məktub ünvanlayıb.
Qaynarinfo.az xəbər verir ki, məktubda FIFA-nın Nizam-İntizam Komitəsinin “Bakı” klubu haqqında qərar qəbul etdiyi bildirilib.
Belə ki, “Bakı” ilə həmin klubda çıxış etmiş rumıniyalı futbolçu Marius Pena arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etmədiyi səbəbindən klubun cari mövsüm aktivindən 6 xal silinməsi göstərilmişdir. Bunu nəzərə alaraq AFFA-nın İntizam Komitəsi Azərbaycan I divizionunda çıxış edən "Bakı" FK-nın cari mövsüm aktivindən 6 xal silinməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Hafiz Məmmədova məxsus olan "Bakı" klubu cari mövsüm sabiq futbolçularına görə əvvəl daha 2 dəfə cəzalandırılıb. Belə ki, bundan əvvəl komandanın aktivindən 9 xal silinmişdi. Hazırda "Bakı"nın aktivindən 6 xal silinməklə komanda sonuncu - XIV yerə düşüb. "Zolaqlılar"ın cəmi 8 xalı var.
Qaynarinfo.az