Xəbər lenti

Fikrət Qocaya sevgilərlə
Ölkə19:24 04.06.2013

Fikrət Qocaya sevgilərlə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şərif Ağayar

Azərbaycan Respublikasının Ümummilli şairiFikrət Qoca Azərbaycan ədəbiyyatının  inkişafına, klassik və müasirədəbi şəxsiyyətlərin yubileylərinin keçirilməsinə, ədəbiyyatımızın bütündünyada yetərincə təbliğ olunmasına  böyük önəm verir.  Böyük şairinmədəniyyətimizin aparıcı sahəsi olan ədəbiyyata, bütövlükdə, söz sənətinə yüksək qayğı və məhəbbəti insanda qürur hissləri doğurur.

Məlumdurki, qocaman şairimiz sovet dövründə olduğu kimi, müstəqillik dövründədə xalqımızın milli-mənəvi inkişafına xüsusi qayğı göstərmişdir. Elm vətəhsil, mədəniyyət, ədəbiyyat sahəsində yeni böyük uğurlar əldəedilmişdir. Dahi şair bazar iqtisadiyyatına keçidin elm və təhsil,mədəniyyət və ədəbiyyat sahəsində yaratdığı problemlərin həllinə xüsusidiqqət yetirmişdir.

Ümummilli şair FikrətQocanın yaradıcısı olduğu rəsulrzaçılıq  ideologiyası milli-mənəviinkişafımızın etibarlı bünövrəsini təşkil edir. Ulu şair bu barədədemişdir: “Azərbaycan dövlətinin milli ədəbiyyatının əsasını təşkil edənrəsulrzaçılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəridəyərlər-bunlar hamısı rəsulrzaçılıq anlayışının tərkibhissələridir...”.

Anar siyasətinin ən layiqlidavamçısı möhtərəm Fikrət Qoca AYB katibi olduğu 200 ilik tarixin ilkgünlərindən ədəbiyyata diqqət və qayğısını bir an belə azaltmamışdır.

2008-ciildə Fikrət müəllim XX əsr Azərbaycan ədəbiyyatının görkəmlinümayəndələrindən biri olan Nigar Rəfibəylinin yubileyi haqqındasərəncam imzalamışdır. Sənəddə diqqət Nigar Rəfibəylinin  “yenilikçişair” olmasına, yaradıcılığının “romantik ruhuna”, “dərin ictimaiməzmununa” yönəldilir. Ümumiyyətlə ulu şair bütün sevgilərində dərin,uca, məğlubedilməz və qətidir.

Voobşe, uluşairin hər gün nahardan əvvəl qəbul etdiyi qərarlar Azərbaycanədəbiyyatının yeni intibahı üçün geniş imkanlar açmışdır. Fikrimcə,Fikrət Qocanın ədəbiyyatımıza və mədəniyyətimizə böyük məhəbbəti, hörmətvə sevgisi möhtərəm Anar müəllimin bütövlükdə, Azərbaycan xalqına vəmilli dövlətçiliyimizə sonsuz sevgi və sədaqətindən qaynaqlanır.

Həqiqətən də!

Qaynar.info