Xəbər lenti

Filmlərimiz beynəlxalq kinofestivala gedir
Ölkə05:19 14.08.2013

Filmlərimiz beynəlxalq kinofestivala gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kazanda IX Beynəlxalq Müsəlman Kino Festivalı keçiriləcək


Kazanda IX Beynəlxalq Müsəlman Kino Festivalı keçiriləcək. Festivalın rəsmi saytında (http://kazan-mfmk.com) verilən məlumata görə, “Mədəniyyət dialoqundan dialoq mədəniyyətinə” devizi ilə reallaşacaq kinofestival 5-11 sentyabr tarixlərində baş tutacaq. Festivalın proqramına 25 ölkədən bədii, sənədli və animasiya olmaqla, ümumilikdə, 49 film daxildir. Festivalda azərbaycanlı rejissorlardan Şamil Əliyevin “Çölçü” və Fariz Əhmədovun “Əriyən ada” filmləri təqdim olunacaq.

Xatırladaq ki, müxtəlif illərdə Rusiyadan Vladimir Xotinenkonun “Müsəlman”, Azərbaycandan Oqtay Mirqasımovun “Cadugər”, İrandan Əzizulla Həmidnezadənin “Soyuğun göz yaşları” və s. filmlər Kazan Beynəlxalq Müsəlman Kino Festivalının qalibi olub.


Qaynar.info