
UEFA “Çelsi” və “Benfika” arasında Amsterdamda keçiriləcək Avropa Liqasının final oyununa hakimlər təyin edib.
Qol.Az-ın yaydığı xəbərə görə, görüş Byorn Kaypersin rəhbərlik edəcəyi hollandiyalı hakimlər briqadasına həvalə olunub. Ona bu qarşılaşmada yan xətt hakimləri Sander van Rukel, Ervin Zeynstr, qapı xətti hakimləri Pol van Bukel və Riçard Lisveld kömək edəcəklər. Ehtiyat hakim almaniyalı Feliks Brıxdır.
Final oyunu mayın 15-də baş tutacaq.
Qaynar.info