Xəbər lenti

Finalda qol vuran futbolçu "Qəbələ"yə qarşı oynamaq istəyir
İdman09:23 03.08.2016

Finalda qol vuran futbolçu "Qəbələ"yə qarşı oynamaq istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransanın "Lill" klubunun oyunçusu Eder "Qəbələ" ilə oyunu səbirsizliklə gözləyir.

Qaynarinfo.Az xəbər verir ki, Portuqaliya millisinin futbolçusu sabah Avropa Liqasının III təsnifat mərhələsində Bakıda "Qəbələ" ilə keçiriləcək oyunda meydanda olmaq istəyir.

O, dünən Bakıya gəlməzdən əvvəl keçirilən mətbuat konfransında bu sözləri deyib: "Avropa çempionatından sonra yaxşı istirahət etmişəm. Artıq tamamilə klubumdakı çıxışıma köklənmişəm və oynamağa hazıram. Tezliklə “Lill”ə kömək etmək istəyirəm. Hazırda ən vacib olan klubumdakı çıxışımdır. Mənim üçün yeni mövsüm çox vacib qarşılaşma ilə başlayacaq. Cümə axşamı Avropa Liqasında keçiriləcək qarşılaşmada da oynamağa hazıram”.

AÇ-2016-nın Fransa ilə final oyununda vurduğu qolla Portuqaliyaya çempionluq qazandıran Eder bu uğurdan ruhlandığını gizlətməyib: “Avropa çempionatının finalındakı həlledici qolu vurmağım heç nəyi dəyişmir. Bu yalnız mənəvi yüksəliş verir. Həmin qol bütün komandanın əməyinin bəhrəsi idi. İndi “Lill”lə bacardığımı etməliyəm. Həmişə “Lill”in nailiyyət qazanmasını istəmişəm. Burdakı komanda yoldaşlarım da mənim Avropa çempionatında uğuruma sevindilər və yaxşı qarşıladılar. Baxmayaraq ki, mən Fransanı məyus etmişdim”.

Qeyd edək ki, sabah Bakıda keçiriləcək “Qəbələ” – “Lill” oyunu saat 21:00-da başlayacaq. İlk oyun 1:1 hesabı ilə başa çatdığından, qolsuz heç-heçə də "Qəbələ"ni pley-off mərhələsinə daşıyacaq.

Qaynarinfo.Az