XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Finlandiya xarici işlər naziri: "PKK-ya qarşı əlavə addımlar atmağa hazırıq"
Siyasət16:46 30.06.2022

Finlandiya xarici işlər naziri: "PKK-ya qarşı əlavə addımlar atmağa hazırıq"

"PKK-ya qarşı əlavə addımlar atmağa hazırıq".
Qaynarinfo "Haber Global"a istinadən xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto deyib.
O, ölkəsinin NATO-ya üzvlük prosesi ilə bağlı üçlü memorandumdan sonra PKK-ya qarşı Türkiyə ilə əməkdaşlığa başlayacaqlarını bildirib.
"Türkiyə tərəfindən bildirilən şəxslər və şəxslərlə bağlı əlavə məlumatlara baxırıq. Səlahiyyətlilərimiz arasında yaxın zamanda əməkdaşlıq qurulacaq. Hər şeyi qanunauyğun olaraq edəcəyik”, - Haavisto vurğulayıb.