Xəbər lenti

Finlandiyalı qadını zorlayan 5 kubalı voleybolçu haqda hökm çıxarıldı
İdman15:51 20.09.2016

Finlandiyalı qadını zorlayan 5 kubalı voleybolçu haqda hökm çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Finlandiyada həbs olunan voleybolçuların məhkəməsi başa çatıb. 

Qaynarinfo.Az xəbər verir ki, zorlamada ittiham olunan Kuba yığmasının üzvləri Tampere şəhərindəki hərəkətləri səbəbindən sərt cəzaya məruz qalıblar. 

Qaldıqları oteldə kimliyi gizli saxlanılan bir qadına təcavüz etmələri sübuta yetirilən Abrahan Alfonso Qavilan (21 yaş), Rikardo Kalvo Mansano (19), komandanın kapitanı Rolando Sepeda Abreu (27) və Osmani Uriarte Mestreyə (21) 5 il həbs cəzası verilib. Yığmanın digər üzvü Luis Sosa Sierra (21) isə həbsxananı daha tez - 3,5 ildən sonra tərk edəcək. Üstəlik, bu oyunçulara 24 min avro təzminat cəzası verilib.

Məhkəmə müəyyən edib ki, zərərçəkmiş birinci Uriarte Mestre ilə yatmağa razılıq verib. Lakin seksdən sonra Uriarte qadının razılığı olmadan digər komanda yoldaşlarını da ona qoşulmağa çağırıb. Onlar isə qadına "bir neçə üsul"da və "bir neçə dəfə" cinsi əlaqədə olmağa məcbur ediblər. Məhkəmə həmçinin onu da qeyd edib ki, 24 yaşlı Dariel Albo Miranda qurban və onun komanda yoldaşlarının təsdiqi əsasında zorlama aktında iştirak etməyib. 

Qeyd edək ki, iyulun 2-də 3 kubalı voleybolçu zorlanmada təqsirli bilinərək, zorlananların şikayəti əsasında saxlanılıb. Ertəsi günü Finlandiya polisi daha 5 nəfəri istintaqa cəlb edib. Lakin sonradan bu 8 nəfərdən 3-ü günahsız bilinərək buraxılıb. Finlandiyada keçirilən turnir zamanı kapitanları da başda olmaqla, 8 oyunçusunun tutulmasına baxmayaraq, Kuba millisi Portuqaliyaya qalib gəlib. Lakin Rio Olimpiadasında bu oyunçuların yoxluğu özünü göstərib və komanda ardıcıl 5 məğlubiyyətlə qrupda qalıb.

Qaynarinfo.Az