Qış transfer dönəmində yüksək məbləğlə "Fiorentina"ya transfer olunan hücumçu Artur Kabralın mətbuat konfransında etdiyi hərəkət qalmaqala səbəb olub.
Qaynarinfo xəbər verir ki, Kabralın konfrans zamanı klubun sosial media meneceri Rossella Petrilloya baxışı və hərəkətləri futbolsevərlərin sərt reaksiyalarına səbəb olub.
Sosial şəbəkə istifadəçisinin paylaşdığı videoda qadın media nümayəndəsini gözləri ilə "süzən" braziliyalı futbolçunun üz ifadəsi də diqqətdən yayınmayıb.
Bu duruma təkcə "Fiorentina”nın deyil, İtaliyanın bir çox klublarının azarkeşləri də reaksiya verib.
<iframe width="962" height="541" src="https://www.youtube.com/embed/DQQSrnkx5mw" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">
Səbuhi Həsənov