Xəbər lenti

Ekonomiks 11:01 19.10.2023

"Fitch Ratings" Expressbank-ın proqnozunu pozitivə yüksəltdi

Beynəlxalq reytinq agentliyi "Fitch Ratings” Expressbank-ın reytinq proqnozunu "Stabil"dən "Pozitiv"ə yüksəldib. Həmçinin, Bankın reytinqi bir daha "B” səviyyəsində təsdiqlənib. 

Agentlik reytinq proqnozunu Bankın aktivlərinin keyfiyyəti, gəlirliyi və kapital buferinin gücü ilə əlaqələndirir. Hesabatda Bankın kredit portfelinin artım dinamikası, dollarizasiyanın aşağı olması, gəlirliyi də vurğulanıb. Hesabat haqqında daha ətraflı məlumat ilə Bankın rəsmi saytından tanış ola bilərsiniz. 

Qeyd edək ki, Expressbank-ın 2023-cü ilin III rübündə xalis mənfəəti 9.9 milyon manat olub, aktivləri isə yarım milyarda yaxınlaşıb.

Expressbank Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz. 

Expressbank - İşiniz rahat getsin!

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->