Xəbər lenti

Flora Kərimova: “Mən və Nazpəri İsa bəyin oğlunun toyunda təmənnasız oxuduq”
Ölkə07:32 17.04.2013

Flora Kərimova: “Mən və Nazpəri İsa bəyin oğlunun toyunda təmənnasız oxuduq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Müsavat Partiyasının başqanı İsa Qəmbərin böyük oğlu İlkin Qəmbərin “Xudafərin” şadlıq sarayında toy mərasimi baş tutub. Mərasimdə Müsavat nümayəndələri, İsa bəyə yaxın olan siyasətçilər, jurnalistlər və tanınmış xanım sənətçilərimiz Nazpəri Dostəliyeva ilə Flora Kərimova da iştirak ediblər.

Xalq artisti Flora Kərimova toyda iştirakı ilə bağlı Modern.az saytına bunları deyib.  

“İsa bəy özü məni oğlunun toyuna dəvət etmişdi. Mən də mərasimdə çox aktiv iştirak etdim. İsa bəyə insani münasibətim olub, var və olacaq”.   

Flora Kərimova İsa Qəmbərin oğlunun toy mərasimində təmənnasız çıxış edib-etmədiyi ilə bağlı mətbuatdan ona ünvanlanan suallara da cavab verib:   

“Çox hiddətləndim. İki gündür, mətbuat dəxli olmayan suallarla mənə müraciət edir. Mənimlə bir düşərgədə addımlamış adamdan pul götürərəm heç? İstər dost olsun, istər düşmən. Münasibətlərimi nə vaxt pula satmışam? Karyeram düşüb ki, pul müqabilinə keçim? Balalarım qorxudan titrəyəndə belə, onların qorxusunu pul müqabili ilə əvəz etməmişəm. Nə Nazpəri xanım, nə də mən belə bir şey etmişik. Bu nə axmaq sualdır, mətbuat mənə verir?”.  

Qaynar.info