Xəbər lenti

Flora Kərimova xəstəxanaya yerləşdirildi  - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü (FOTO)
Foto 20:39 13.06.2026

Flora Kərimova xəstəxanaya yerləşdirildi - Müalicəsi Mehriban Əliyeva tərəfindən nəzarətə götürüldü (FOTO)

Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunin prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib. O, həkimlərlə görüşərək müalicə prosesinin gedişi barədə ətraflı məlumat alıb.

Sənətkarın yaxınlarının verdiyi məlumata əsasən, Flora Kərimovanın vəziyyəti hazırda həkim nəzarəti altında stabildir və sağlamlığının bərpası istiqamətində bütün zəruri tibbi tədbirlər görülür.
--> -->