Xəbər lenti

Foqts bu biabırçılıqdan məmnundur! - FOTOLAR
İdman06:29 23.03.2013

Foqts bu biabırçılıqdan məmnundur! - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futbol üzrə milli komandamız 2013-cü ildəki ilk rəsmi oyununu keçirib. Qaynar.info xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxan Berti Foqtsun yetirmələri Lüksemburqun qonağı oub.

Nəyinki Avropanın, dünyanın ən zəif komandalarından olan “cırtdan ölkə” yığması qarşısında aciz qalan Foqtsun yetirmələri həvəskar səviyyəli rəqibin qapısına yol tapa bilməyib. Dünya reytinqində 157-ci olan rəqiblə qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, millimiz seçmə mərhələdə 5 oyun keçirib və 3 xal qazanıb. İsrail (1:1), Şimali İrlandiya (1:1) və Lüksemburqla heç-heçə oynayan komandamız Portuqaliya (0:3) və Rusiyaya (0:1) yenilib. Lüksemburq isə Şimali İrlandiya (1:1) və millimizdən (0:0) bir xal alıb, Portuqaliyaya (1:2) bir, İsrailə iki dəfə (0:6, 0:3) uduzub.

Azərbaycan yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 286 xalla 116-cı pilləni tutub. Lüksemburq isə aktivindəki 157 xalla 151-ci olub.

İndiyədək Lüksemburq və Azərbaycan yığmaları bir dəfə – yoldaşlıq oyununda üz-üzə gəlib. Həmin oyunda komandamız 2:1 hesablı qələbə qazanıb.

FOQTS BU BİABIRÇILIQDAN RAZI QALIB

"Hər iki komanda maraqlı oyun sərgilədi. Biz isə ümumilikdə yaxşı oyun nümayiş etdirdik”.

Bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsinin F qrupunun sonuncu Lüksemburqa qarşı oyunundan (0:0) sonra keçirilən mətbuat konfransında söyləyib.

O qeyd edib ki, komandasından daha çox mübarizə gözləyib: "Mən daha aqressiv oynayacağımızı gözləyirdim. Əgər mübarizə aparsaydıq, oyunu uda bilərdik. Bu matç göstərdi ki, Azərbaycanda bacarıqlı futbolçular var. Lakin onlar fikirləşməlidirlər ki, belə görüşlərdə bütün gücünü ortaya qoymalısan”.

Berti Foqts bildirib ki, Lüksemburq müdafiədə diqqətli oynayıb, millimizə çox qol imkanı yaratmağa imkan verməyib: "Məni razı salan yeganə məqam odur ki, qol buraxmadıq. Baxmayaraq ki, bunun üçün rəqibin bir neçə imkanı oldu”.

Foqts həmçinin komandasının fiziki durumundan narazılıq edib: "İkinci hissədə komandanın fiziki durumu istədiyim kimi deyildi. Biz rəqiblə sonadək mübarizə apara bilmədik. Mən bu görüşü üç il əvvəl Lüksemburqa qalib gəldiyimiz oyunla müqayisə etmək istəmirəm. Bunlar fərqli oyunlardır”.

Qaynar.info