Xəbər lenti

Foqts himn oxumayan futbolçuya bəraət qazandırdı: "Mən də oxumurdum"
İdman11:50 17.06.2016

Foqts himn oxumayan futbolçuya bəraət qazandırdı: "Mən də oxumurdum"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts Almaniya yığmasının üzvü Məsut Özillə bağlı danışıb. 

Qaynarinfo.az xəbər verir ki, alman çalışdırıcı Almaniyanın dövlət himnini oxumadığı üçün tənqid olunan türkəsilli Özilə dəstək olub.

O, yarımmüdafiəçini tənqid edənlərə belə cavab verib: "Bu məsələyə görə tənqidi başa düşə bilmiriməm. Himni oxumaq əvəzinə, onun məhsuldar ötürmələr verməsini istəyirəm. Hansı ki, Məsut Bastian Şvaynştaygerə Ukrayna ilə oyunda qol vurması üçün imkan yaratdı. Mən də futbolçu ikən millinin heyətində himni oxumurdum. Onsuz da Frants Bekkenbauer, Qerd Müller, Zepp Mayer və Volfqanq Overat kimi əfsanələr də himni oxumayıblar”.

Xatırladaq ki, Berti Foqts 6 il (2008-2014) millimizdə çalışıb. Osiyekdə Xovatiyaya 0:6 hesablı yenilgidən sonra Foqts istefa verməyə məcbur olub.

Qaynarinfo.az